260 000 AZN / Həyət evi/villa
/
/
Satılır
Satılır
Tarix:
26.04.2026 16:41
Elan:
124969
Həyət evi/villa
4otaq
140m²
4sot
1
Mərtəbə
Ünvan :
Bakı
Xəzər rayonu
Şüvəlan
metro. Koroğlu
Şüvəlan qəsəbəsi
Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, yüksək zövqlə tikilmiş və tam şəraitli bağ evi satışa təqdim olunur. Ümumi sahəsi 140 kv.m olan bu ev 4 geniş otaqdan ibarətdir. Ev 4 sot torpaq sahəsində yerləşir və həm daimi yaşayış, həm də istirahət üçün ideal seçimdir. Evin daxilində müasir standartlara uyğun şəkildə quraşdırılmış isti pol sistemi mövcuddur ki, bu da ilin bütün fəsillərində komfortlu yaşayışı təmin edir. Bağ evi tam əşyalı satılır bütün mebel və məişət texnikası yeni sahibinə təqdim olunur, yəni əlavə xərc çəkmədən dərhal köçüb yaşamaq mümkündür. Ərazi şirin su ilə təmin olunub, bu da gündəlik istifadə və bağçılıq üçün böyük üstünlükdür. Həyəti geniş, səliqəli və zövqlə dizayn edilmişdir – istirahət etmək, qonaqlar qəbul etmək və ailəvi vaxt keçirmək üçün ideal mühit yaradır.
Bundan əlavə, həyətdə tam təchiz olunmuş yay mətbəxi mövcuddur. Yay mətbəxi də bütün lazımi avadanlıqlarla təmin edilib və isti aylarda rahat istifadə üçün əlverişlidir.