98 000 AZN / Həyət evi/villa
/
/
Satılır
Satılır
Tarix:
14.04.2026 16:56
Elan:
124754
Həyət evi/villa
5otaq
132m²
2sot
1
Mərtəbə
Ünvan :
Bakı
Xəzər rayonu
Buzovna
metro. Koroğlu
Xəzər rayonu ,Buzovna qəsəbəsi
Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, yüksək ərazidə inşa olunmuş, tam təmirli və rahat yaşayış üçün hər bir şəraiti olan fərdi yaşayış evi satışa çıxarılıb. Ev 2 sot torpaq sahəsində tikilmişdir və ümumi sahəsi 132 kv.m təşkil edir. Ev 5 otaqdan ibarətdir: geniş və işıqlı qonaq otağı, 3 rahat yataq otağı, funksional mətbəx, kürsülü eyvan və daxili sanuzel. Ev 6das üzərində inşa olunmuşdur. Dam örtüyü istilik izolyasiyası ilə təmin olunmuşdur, bu isə qışda isti, yayda isə sərin mühit yaradır. Ev yeni təmirlidir və əlavə xərc tələb etmir. Qaz, su və işıq daimidir, yüksək sürətli internet mövcuddur və 5 tonluq su çəni quraşdırılıb. Zirzəmi mövcuddur və ayrıca girişlə təmin olunub. Həyətdə əlavə sanuzel yerləşir. Həyət və küçə 24 saat kamera nəzarətindədir, bu da təhlükəsizliyi yüksək səviyyədə təmin edir. Ev yüksək ərazidə yerləşdiyi üçün yağışlı havalarda belə həyətə və küçəyə su yığılması problemi yaranmır. Ətraf mühit sakit, təmiz və yaşayış üçün əlverişlidir. Bu ev həm daimi yaşayış, həm də bağ evi kimi istifadə üçün ideal seçimdir.