Əmlak haqqında
Sumqayıt, 11-ci mkr-da əsaslı təmirli 3 otaqlı mənzil satılır (68 kv.m), sahibindən Sumqayıt şəhəri, 11-ci mikrorayonda geniş 3 otaqlı mənzil satıram. Ümumi sahəsi 68 kv.m-dir, 5 mərtəbəli daş binanın 1-ci mərtəbəsində yerləşir. Bütün sənədlər alqı-satqıya tam hazırdır. Birbaşa özüm satıram, vasitəçisiz və əlavə komissiyasız! Planlaşdırma və təmir haqqında: Mənzilin çox rahat planlaşdırması var: bütün 3 otaq ayrı-ayrıdır (izolyasiya olunub) və böyük, geniş mətbəxi var.(11.5 kv.) Əsaslı təmiri özüm üçün etmişəm, materiallara və keyfiyyətə qənaət olunmayıb. Ən çətin, xərcli və əsas işlər artıq tam görülüb: • Bütün mənzil üzrə divarlar və döşəmə ideal şəkildə hamarlanıb (styajka və mayakla). • Bütün elektrik xətləri və kanalizasiya boruları tam yenilənib. • «İsti pol» (isti döşəmə) sistemi quraşdırılıb. • Müasir tavanlar yığılıb və zövqlü nöqtəvi işıqlandırma (spotlar) quraşdırılıb. • Hamam və tualetə artıq yeni plastik qapılar quraşdırılıb. Yeni sahibinə görüləsi nə qalıb: • Döşəməni vurmaq: Lazım olan bütün laminat və kafel-metlax artıq alınıb və mənzildə qalır — materiallara əlavə pul xərcləməyə ehtiyac yoxdur, sadəcə döşəmək qalıb! • Otaq qapılarını quraşdırmaq: Otaqların qapılarını və oboy öz zövqünüzə və gələcək interyerinizə uyğun seçib quraşdırmaq üçün əla fürsətdir. Yerləşmə və infrastruktur: Çox yaxşı və abadlaşmış ərazidir. Yaxınlıqda «Səməd Market» yerləşir. Piyada məsafəsində ailənin rahat yaşaması üçün hər şey var: uşaq bağçaları, məktəblər və dəmir yolu stansiyası (Bakıya rahat və tez çatmaq üçün çox əlverişlidir). Zəng edin və ya WhatsApp-a yazın, mənzili sizə uyğun vaxtda məmnuniyyətlə göstərərəm və bütün suallarınızı cavablandıraram!








