Axtarış nəticəsi: 8942 elan
280 000 AZN / Mənzil / / Satılır Satılır Tarix: 31.01.2025 10:30 Elan: 119924
Mənzil
Yeni tikili
3otaq
124
17 / 4 Mərtəbə
Ünvan :
Bakı
Xətai rayonu
Əhmədli
metro. Xalqlar Dostluğu
Xətai rayonu Şirvani küçəsi

Ərazinin ən prestijli binasında binasında Xətai rayonu Şirvanı küçəsində yerləşən 2020-ci ildə yaşayışa təhvil verilmiş Şahab MTK da 124 kvadrat qanuni 3 otaqlı mənzil satılır. Mənzilin tam qiyməti 280000 manatdır. Ancaq 4 faizli hazır ipoteka yolu ilə də mənzili ala bilərsiniz. Mənzil 17 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Mənzilin giriş holu otaqları çox genişdir. Tavanı hündür, 2 sanitar qovşağı var. Giriş holu da 1 otağı əvəz edir 18 kvadratdır. Biri həyətə digəri yola baxan 2 balkonu var. Balkonun birində böyük şkaf qurulub. Digərində mətbəxdən əlavə qaz qoyulub. İsitmə sistemi kombidir. Mənzildəki mebellər və şkaflar 2020-də alınıb. Binanın 24 saatlıq mühafizə sistemi, 2 mərtəbəli qarajı, özünəməxsus sakinlərin istirahəti üçün besetkalar olan həyəti var. Ətrafda Az və Rus sektorlu bir birini üstələyən liseylər, baxçalar, abad həyətlər, idman meydançaları mövcuddur. Bütün növ idman növləri ilə məşğul olmaq üçün piyada 5-7 dəqiqə məsafədə Sərhədçi Olimpiya İdman Kompleksi var. Mənzilin ilkin ödənişi 145000 manatdır. 5 ili ödənilib. 20 ili qalıb. Aylığı 882 manatdır. Aylıq əmək haqqısı 1400 manatdan çox olan hər bir kəs bu mənzili ala bilər. Və ya VÖEN lə rəsmi gəliri olan şəxslər də ala bilər. Ətraflı məlumat üçün zəng edin.
Əsas
Yeni Elan
Agentlik
Giriş